İsveçrənin İrandakı səfirinə etiraz notası təqdim olunub

İsveçrənin İrandakı səfiri Markus Leytner Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. Yanvarın 13-də İranın Press TV kanalının müxbiri Mərziyyə Haşiminin ABŞ-da həbs olunması və rəsmi Vaşinqtonun həbsin səbəbləri barədə məlumat verməməsi ilə əlaqədar bu gün İsveçrənin Tehrandakı səfiri XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub.

İsveçrənin İrandakı səfiri Markus Leytner Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib.

Yanvarın 13-də İranın Press TV kanalının müxbiri Mərziyyə Haşiminin ABŞ-da həbs olunması və rəsmi Vaşinqtonun həbsin səbəbləri barədə məlumat verməməsi ilə əlaqədar bu gün İsveçrənin Tehrandakı səfiri XİN-ə dəvət edilib və ona etiraz notası təqdim olunub.

Notada qeyd olunub ki, iranlı jurnalistin heç bir əsası olmadan həbs edilməsi və onunla kobud davranılması bütün beynəlxalq qanunlara ziddir. İran qəti şəkildə jurnalistin tezliklə azad edilməsini tələb edir.

Səfir M. Leytner İran hökumətinin tələbini ABŞ rəsmilərinə çatdıracağını və aldığı cavab haqqında məlumat verəcəyini bildirib.

Xatırladaq ki, İranın Press TV kanalının müxbiri M.Haşimi yanvarın 13-də ABŞ-da yaşayan ailəsinə baş çəkmək üçün bu ölkəyə yola düşüb. Sent-Luis beynəlxalq hava limanında həbs edilən jurnalistin əlləri və ayaqları qandallanaraq Vaşinqtona gətirilib.

İslam inqilabından sonra ABŞ ilə İranın diplomatik əlaqələri kəsildikdən sonra üçtərəfli razılaşmaya əsasən rəsmi Vaşinqtonu İranda İsveçrə səfirliyi təmsil etməyə başlayıb.

AZƏRTAC

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31