Müəllimlər etiraz aksiyasının dayandırılması barədə ilkin saziş imzalayıblar
23 Yanvar 2019 16:44 DünyaLos-Anceles müəllimləri çərşənbə axşamı məktəb dairəsinin nümayəndələri ilə tətilin dayandırılması barədə ilkin saziş imzalayıblar. Müəllimlər əməkhaqqının 6 faiz artırılmasına və siniflərdə şagirdlərin sayına məhdudiyyət qoyulmasına nail olublar.
Bunlar həmkarlar ittifaqı ilə dairələrin hakimiyyət orqanları arasında ən mübahisəli məsələlər idi. Los-Anceles şəhəri və Vaşinqton dairəsi məktəblərdə xidmətlərin genişləndirilməsi, o cümlədən xeyli sayda tibb bacısı, məsləhətçi və psixoloqların işə götürülməsi üçün vəsait sərf edirlər.
İmzalanmış kontrakt həmkarlar ittifaqları tərəfindən təsdiq edilməlidir. Sazişin şərtlərinə görə, müəllimlər yanvarın 23-də səhər öz siniflərinə qayıdacaqlar. Müəllimlərin tətili ictimaiyyətin diqqətini belə bir fakta cəlb edib ki, ölkənin ən zəngin və liberal ştatlarından biri olan Kaliforniya dövlət məktəbləri üçün nisbətən az pul xərcləyir.