Braziliyada dövlət şirkətləri özəlləşdirilir
23 Yanvar 2019 15:35 DünyaBraziliya hökuməti dövlət şirkətlərinin əksəriyyətini özəlləşdirməyi nəzərdə tutur.
Bu barədə Dünya İqtisadi Forumunda ölkə iqtisadiyyatını liberallaşdıracaqları barədə geniş nitq söyləyən Prezident Jair Bolsonaro"Bloomberg"ə bildirib.
Özəlləşdirmə planı üzərində işlərin tamamlanmaq üzrə olduğunu diqqətə çatdıran dövlət başçısı hava və dəniz limanlarının da satılacağını qeyd edib: "Gəlir gətirməyən dövlət şirkətləri satılmalıdır".
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31