Venesuelada Uqo Çavesin heykəli yandırıldı
23 Yanvar 2019 14:36 DünyaVenesuelanın San-Feliks şəhərində etirazçılar ölkənin sabiq prezidentiUqo Çavesin heykəlini yandırıblar.
Bununla bağlı "El National" nəşri məlumat yayıb.
Qeyd edilib ki, heykəl 2018-ci ildə sabiq prezidentin doğum günü münasibətilə qoyulub.
Bildirilib ki, Venesuelada çətin iqtisadi vəziyyətlə əlaqədar ölkə prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyası keçirilir. Yanvarın 23-də müxalifət növbəti nümayişi keçirməyi planlaşdırır.
oxu.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31