Putin kəşfiyyat şefini Salmanla görüşə göndərdi

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Səudiyyə Ərəbistanına səfər edib.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat katibi Sergey İvanov deyib. Onun sözlərinə görə, Narışkin səfər zamanı Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşüb.

Narışkinin Səudiyyə Ərəbistanı Ümumi Kəşfiyyat Xidmətinin rəisi ilə də görüşü baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31