Qazaxıstanın adı dəyişə bilər – Təklif

Qazaxıstan parlamentinin deputatı, "Ak Jol" fraksiyasının rəhbəri Azad Peruaşev ölkənin adının dəyişdirilməsini təklif edib.

Jurnalistlərə açıqlama verən Peruaşev ölkənin Qazax Respublikası adlandırılmasını istəyib. O, təklifi artıq hökumətə də göndərdiyini deyib.

Peruaşevin təklifini onun fraksiyasının bütün üzvləri dəstəkləyiblər.

Deputat respublikanın onu yaradan xalqın adına adlandırılmasının önəmli olduğunu deyib.

Peruaşev bununla tarixi ədalətin bərpa ediləcəyini bildirib.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31