ABŞ Konqresinin Nümayəndələr Palatası Trampa ölkəni NATO-dan çıxarmağı qadağan edib

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampa Birləşmiş Ştatları NATO-dan çıxarmağı qadağan edən qanun layihəsini qəbul edib.

Səsvermə prosesi zamanı357 nəfər qanun layihəsinin lehinə səs verib. 

Konqresmenlərdən 22-i sənədin əleyhinə çıxıb. Qanun dövlət başçısına Birləşmiş Ştatları Şimali Atlantika Alyansından çıxarmağı qadağan edir. Səsvermənin nəticələri Konqresin saytında dərc edilib.

Sənədin müəllifi, demokrat konqresmen Cim Panetta qeyd edib ki, "NATO-ya dəstək haqqında" qanun layihəsi prezidentə bu addıma görə büdcə vasitələrindən istifadəni qadağan edir.

report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31