Həbsdən çıxdı, arvadını bıçaqlayıb üstünə isti yağ tökdü - Dəhşətli qətl

Həbsdən çıxdı, arvadını bıçaqlayıb üstünə isti yağ tökdü - Dəhşətli qətl

Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.

40 yaşlı Ersin adlı məhbus 1 həftəlik icazə ilə azadlığa çıxıb. O, il yarım əvvəl ayrıldığı və 2 uşağının anası olan Kubra adlı qadının iş yerinə gedib, barışmaq istədiyini bildirib. Lakin, qadın bununla razı olmayıb.

Ertəsi gün məhkum gizlicə qadının evinə daxil olaraq mətbəxdən bıçaq götürüb, çaydana yağ tökərək qızdırıb. Daha sonra 28 yaşlı qadının yataq otağına girərək əvvəlcə onu bıçaqlayıb, daha sonra isə isti yağı üzərinə töküb. Qadının çantasında olan bir miqadar pulu da götürən qatil evi tərk edib.

Qolları, üzü və sinəsi yanan qadın yaralı halda polisə və təcili tibbi yardıma zəng edib. Xəstəxanadan verilən məlumata görə, qadının qollarının kəsilmə riski var.

metbuat.az

Keçmiş xanımını iş yerində dəfələrlə bıçaqladı - Şok video

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31