Keçmiş xanımını iş yerində dəfələrlə bıçaqladı - Şok video

Keçmiş xanımını iş yerində dəfələrlə bıçaqladı - Şok video

Xanımının boşanmaq qərarı ilə barışmayan kişi onun işlədiyi ofisə gəlib və keçmiş arvadını kameralar qarşısında bıçaqlayıb.

Olaylar.az xəbər verir ki, hadisə Vladiqafqazda baş verib.

Məlumata görə, xanımından ayrılan ər 6 ay sonra onun işlədiyi ofisə gələrək, yenidən birgə yaşamağı təklif edib. Ancaq qadın keçmiş ərinin bu təklifini rədd edib. Bundan sonra ər qadının telefonunu alaraq, ona gələn mesajları oxumağa başlayıb. Daha sonra o, bıçağı götürərək keçmiş arvadına zərbələr endirib və ofisi tərk edib. Qadın xəstəxanaya çatdırılıb. Keçmiş ər isə hadisədən sonra həbs edilib.

Qadının işlədiyi ofisin təhlükəsizlik kameraları bıçaqlanma anını qeydə alıb. Şirkət bu görüntüləri ictimaiyyətə yayaraq, qadının günahsız olduğunu elan edib.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31