"Məni bu yollara sən sürüklədin, ana" - Türkan Şoray peşimandır

"Məni bu yollara sən sürüklədin, ana" - Türkan Şoray peşimandır

"Qiyamət günündə əlim yaxanda olacaq! Məni bu yollara sən sürüklədin".

Olaylar.az  ölkə.az-a istinadən bildirir ki, bu sözləri Türkiyənin tanınmış aktrisası Türkan Şoray "Birləşən yollar" filminin çəkilişi zamanı deyib.

Film Şule Yüksəl Şenlerin "Hüzur küçəsi" romanı əsasında çəkilib. Baş rollarda Türkan Şoray və İzzet Günay çəkilib.

Filmdə Şorayın namaz qılma səhnəsi var. Çəkilişdə iştirak edən Şule Yüksəl Şenler deyib ki, çox dəhşətli bir səhnə oldu: "Şorayın namaz səhnəsi var idi. Orada əllərini açaraq, dua edən zaman özünə qapandı. Rolun təsiri altına düşən Şoray çəkiliş bitən kimi hamını otaqdan çıxardı. Şoray otaqda hündürdən hıçqırıqla ağlayaraq anasına: "Ana, qiyamət günündə əllərim yaxanda olacaq. Məni bu yollara sən sürüklədin!"- deyərək, hönkürürdü".

O əlavə edib ki, Şorayın hündürdən qışqırıb-çığıraraq ağladığını və söylədiklərini eşidən jurnalistlər bir kəlmə də yazmayıblar.

Qeyd edək ki, həmin film 1970-ci ildə çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31