Günahsız yerə 35 il həbsdə yatan xanıma – 3 milyon təzminat

Günahsız yerə 35 il həbsdə yatan xanıma – 3 milyon təzminat

ABŞ məhkəməsi günahsız yerə 35 il həbs yatan qadına görə dövlətə 3 milyon dollar təzminat kəsib.

Olaylar.az xəbər verir ki, Keti Vuds adlı qadın şübhəli kimi saxlanılıb və məhkəmə tərəfindən məhkum edilib.

Qadın həbsi ilə bağlı dəlillərin yenidən araşdırılmasını tələb edib, 35 ildən sonra onun günahsız olduğu müəyyənləşib və 2015-ci ildə azadlığa buraxılıb.

Onun vəkilləri insan haqlarının pozulması ittihamı ilə ABŞ dövlətinə qarşı məhkəmədə iddia qaldırıb. Məhkəmə bu gün 68 yaşında olan qadına dövlətin 3 milyon dollar təzminat ödəməsi haqda qərar çıxarıb.

35 ilini itirdikdən sonra azadlığa çıxan xanımVuds deyib ki, cəmiyyətə interqasiyada çətinlik çəkir, mobil telefon kimi müasir texnologiya alətlərini isə tanımır.

teleqraf.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31