İŞİD-in Bağdad valisi məhv edildi

İŞİD-in Bağdad valisi məhv edildi

İraqın şiə milislərindən təşkil edilən Haşdi Şabi təşkilatı İŞİD-in Bağdad valisi "Əbu Nur" ləqəbli Əbdüssalam Hamed Hammudu məhv etdiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, İŞİD-ə qarşı əməliyyatın ölkənin qərbində Ənbar vilayətində təşkil edildiyi vurğulanıb. Əməliyyat zamanı həmçinin Hammudun müavini və 6 mühafizəçisi tutulub.

Qeyd edək ki, İraq 2017-ci ildə İŞİD-ə qarşı savaşda qalib gəldiyini açıqlayıb.

axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31