Konqresin ilk hicablı üzvü evli müşavirlə sevgilidir?

Konqresin ilk hicablı üzvü evli müşavirlə sevgilidir?

ABŞ konqresinin ilk hicablı üzvü olan Demokrat partiyasının nümayəndəsi İlhan Omarın evli müşaviri Tim Mynett ilə eşq yaşadığı iddia olunub. 

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, iddianı irəli sürən Tim Mynettin həyat yoldaşı Beth Mynett olub. Bildirilib ki, Mynett yoldaşına Omarla eşq yaşadığını və bu səbəbdən də ayrılmaq istədiyini etiraf edib. 

Bildirilib ki, cütlük boşanmaq üçün məhkəmə qarşısına çıxıb və qadın ərini sevdiyini, evliliklərinin bitməməsi üçün mübarizə aparacağını bildirib. 

Ancaq müşavir evliliyin bitdiyini və əlavə sözə ehtiyac olmadığını vurğulayıb. Cütlük aprel ayından bu yana ayrı yaşayır. Mynettlə Omarın tez-tez səyahət etdiyi və bu səyahətlərin sırf iş üçün olmadığı iddialar arasındadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31