Ukrayna Ali Radasına sədr seçildi
Ukrayna Ali Radasına sədr seçildi
29 Avqust 2019 17:32 DünyaSiyasətçi Dmitri Razumkov Ukraynanın yeni Ali Radasının bu gün keçirilən birinci iclasında böyük səs çoxluğu ilə parlamentin spikeri seçilib.
"Xalqın xidmətçisi" partiyasını Radada təmsil edən 36 yaşlı deputatın lehinə iclas zalında qeydiyyatdan keçmiş 419 nəfərdən 382 deputat səs verib.
Bundan başqa, 26 deputat onun əleyhinə səs verib, 11 nəfər isə bitərəf qalıb.
Xatırladaq ki, Vladimir Zelenski 20 mayda Prezident seçiləndən 3 gün sonra Ali Radanı buraxmışdı.
qafqazinfo.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31