Film kimi cinayət! Özünü öldürməsi üçün muzdlu qatil tutub
Film kimi cinayət! Özünü öldürməsi üçün muzdlu qatil tutub
29 Avqust 2019 17:27 Dünyaİstanbulda"özünü öldürməsi üçün muzdlu qatil tutduğu" deyilən qadın müəllimin öldürməsi faktı ilə bağlı məhkəmə başlayıb.
Hadisədə şübhəli bilinən şəxs haqqında "qəsdən adam öldürmə" cinayəti üzrə ömürlük həbs cəzasının verilməsi tələb olunur.
Sözügedən cinayət hadisəsi ilə bağlı İstanbul şəhər prokuroru tərəfindən iddianamə hazırlanıb.
İttiham aktında müəllim İlkay Sivaslının İ.E. ilə uzun illərdi sevgili olduqları, münasibətləri bitdikdən sonra ikitərəfli görüşməyə davam etdikləri, bu zaman İ.Sivaslının İ.E-yə borc pul verdiyi, buna görə tərəflər arasında hüquqi mübahisənin olduğu qeyd olunub.
Müəllim Sivaslının son zamanlarda müxtəlif səbəblərdən psixoloji depressiyaya girdiyi, intihar etmək qərarına gəldiyi, bir-iki dəfə intihar etmək cəhdinin uğursuz olduğu da bildirilib.
İddianaməyə görə, müəllim Sivaslı martın 24-də sosial media üzərindən şübhəli Tanju Doğanla tanış olub. İkilinin telefon əlaqəsi qurduqdan bir müddət sonra da dost olduğu qeyd edilib.
Müəllim Sivaslının hər görüşlərində şübhəli Tanju Doğana 150-200 lirə pul köçürüldüyü də bildirilir. Şübhəlinin əvvəlcə bunu qəbul etməsə də, ancaq müəllim Sivaslının təkidilə şübhəli Doğan "necə öldürəcəm" sualını verib.
Müəllim isə "iplə boğaraq" cavabını verib. İddianamədə qeyd olunur ki, şübhəli Doğan öldürmək məqsədilə müəllim Sivaslının boğazını bandajla sıxıb, ancaq üzünün qızardığını görüncə buraxıb. Müəllim Sivaslı da şübhəlini yumruqla vuraraq "sən bu işi bacarmarsan" deyib.
İddianaməyə, hətta müəllim Sivaslının özünü öldürməsini istədiyinə dair səs yazıları və mesajlar da daxil edilib. Bundan əlavə, şübhəli Doğanın müəllim Sivaslıya aşiq olduğu, ancaq qarşılıq görmədiyi, hətta Sivaslının özünü öldürülməsi üçün yalvardığı, bir şəkildə şübhəlini öldürməyə razı salan mesajlar da yer alıb.
İddianaməyə görə, müəllim İlkay Sivaslının şübhəli ilə qarşılıqlı razılaşma əsasında öldürməsi, "qəsdən adam öldürmə" cinayətini ortadan qaldırmır. Şübhəlinin zərərçəkmişi öldürməyi planladığı qeyd edilən iddianamədə bu planı da birlikdə etdikləri, cinayətin qəfil baş vermədiyi, "qəsdlə öldürülmə" olduğu üçün hadisənin haqsız təxribat müddəalarının tətbiq edilməməsinin vacib olduğu ifadə edilib.
İttiham aktında şübhəli bilinən Tanju Doğanın "qəsdən öldürülmə" cəzasından ömürlük həbs edilməsi istənilib. Şübhəli Doganın yaxın günlərdə hakim qarşısına çıxacağı gözlənilir.
Cebhe.info