Çin Rusiyaya 1600 əsgər göndərəcək

Çin Rusiyaya 1600 əsgər göndərəcək

Çin Rusiyada keçiriləcək "Mərkəz - 2019" hərbi təlimlərində iştirak etmək üçün 1600 əsgər, 30 helikopter, təyyarə və 300 silah növü göndərəcək.

Bu barədə Çin Müdafiə Nazirliyinin mətbuat katibi Zen Quocan deyib.

O bildirib ki, bu təlimlər Rusiya-Çin münasibətlərinin inkişaf etdirilməsinə daha da təkan verəcək: "Bu təlimlər hərtərəfli strateji qarşılıqlı fəaliyyət və tərəfdaşlıq olması üçün yaxşı fürsətdir. Təlimlərdə birgə iştirak Rusiya-Çin münasibətlərinin daha da inkişaf etdirilməsinə, hərbi sahədə dostluq,  praktik əməkdaşlığının dərinləşdirilməsinə, həmçinin müxtəlif təhlükəsizlik təhdidlərinə birgə cavab vermək imkanlarının artırılmasına görə çox vacibdir".

Yenisabah.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31