Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Lvov vilayətində binanın uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb

Ukraynanın Lvov vilayətinin Droqobıç şəhərində qaz sızması nəticəsində uçmuş binanın dağıntıları altından 8 cəsəd çıxarılıb. Bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb. Daha əvvəl 6 nəfərin öldüyü və 7 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilmişdi.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin "Facebook" səhifəsində yaralılardan 5-nin uşaq olduğu qeyd edilib. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib.

Fövqəladə vəziyyətin fəsadlarının aradan qaldırılması üçün 470 nəfər və 75 vahid texnika cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31