Dərman 16 körpəni "canavar adam"a çevirdi
Dərman 16 körpəni "canavar adam"a çevirdi
29 Avqust 2019 12:03 Dünyaİspaniyada səhv verilən dərman 16 nəfərin "canavar adam"a çevrilməsinə səbəb olub. Bu sindrom 16 nəfərdə müşahidə edilib. Körpələrə verilən mədə dərmanı keçəllik müalicəsində istifadə edilən dərmanla qarışıb.
"Canavar adam" simdorumuna yaxalananların bədənlərinin hər yerindən sərt tüklər çıxmağa başlayıb. Məlumata görə, valideynləri dərmanın təsirini görən kimi onun verilməsini dayandırıblar.
İspaniya Dərman və Tibbi məhsullar qurumu 13 belə müraciətdən sonra iyulun 11-də "Farma-Química Sur SL" adlı dərmanın satışdan yığışdırılması ilə bağlı müraciət edib. Lakin avqust ayında daha 3 bənzər müraciət olub. Bundan sonra dərmanın daha bir buraxılışı istifadədən çıxarılıb.
Rəsmilər 30-a yaxın aptekə qarışan dərmanların paylandığını düşünürlər.
istipress.com