Ukraynanın baş naziri istefa verib

Ukraynanın baş naziri istefa verib

Ukraynanın baş naziri Vladimir Qroysman istefa verib.

O, bu barədə "Facebook" səhifəsindəki videomüraciətində bildirib.

Vladimir Qroysman xələfinə güc və səbir arzulayıb. Siyasətçi vurğulayıb ki, hökumətin işi və ukraynalıların həyatı Ukraynanın gələcək baş nazirindən asılı olacaq.

"Mən böyük dövlətimizin müvəffəqiyyətinin qayğısına qalmağa davam edəcəm", - Qroysman deyib.

yeniavaz.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31