Yaponiyada 6,1 bal gücündə zəlzələ olub
Yaponiyada 6,1 bal gücündə zəlzələ olub
29 Avqust 2019 10:35 DünyaYaponiyanın şimal prefekturaları Aomori və Hokkaydonun yaxınlığında 6,1 bal gücündə zəlzələ baş verib.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın Milli Meteoroloji İdarəsi xəbər verib.
Məlumata əsasən, sunami təhlükəsi elan edilməyib.
Yeraltı təkanların episentri Honsyuvə Hokkaydo adaları arasında Sakit Okeanda, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Zəlzələlər şimal-şərq Honshu bölgəsindəki Akita, İvate və Miyagi prefekturalarında da hiss edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31