Trampdan Ukrayna ilə bağlı ŞOK QƏRAR
Trampdan Ukrayna ilə bağlı ŞOK QƏRAR
29 Avqust 2019 10:18 DünyaABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardıma yenidən baxılması haqqında sərəncam verib.
Olaylar.az xəbər verir ki, bu haqda Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən "Politico" qəzeti bildirib.
Mənbə qeyd edir ki, Amerika lideri ayrılan vəsaitin ən yaxşı şəkildə Vaşinqtonun maraqları nöqteyi-nəzərindən istifadə olunduğuna əmin olmaq istəyir. Maliyyə yardımı məsələsini ABŞ-ın müdafiə naziri Mark Esper və prezidentin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton həll edəcəklər.
Qeyd edək ki, bu maliyyə ilində Vaşinqton silahların alınması, ordunun təchizatı və şəxsi heyətin təlimi üçün Ukraynaya 250 milyon dollar ayrılıb. 2014-cü ildən bu yana ABŞ təhlükəsizliyin möhkəmləndirilməsi üçün Ukraynaya milyard dollara yaxın vəsati ayırıb.
publika.az