Lukaşenkodan Putinə jest: Dəvətdən imtina etdi
Lukaşenkodan Putinə jest: Dəvətdən imtina etdi
28 Avqust 2019 18:47 DünyaBelarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü ilə bağlı Polşada keçiriləcək mərasimə qatılmaqdan imtina edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Reçpospolita" qəzeti Polşa hökumətindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Polşa Rusiya Prezidenti Vladimir Putinə dəvət göndərməyib, Lukaşenko da bu səbəbdən keçiriləcək mərasimə qatılmaq istəməyib.
Belarus Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.
Qeyd edək ki, rəsmi Varşava SSRİ 1939-cu ildə beynəlxalq hüquq normalarını pozduğu üçün Rusiyaya dəvət göndərməyib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31