Qambiyanın ilk prezidenti dünyasını dəyişib
Qambiyanın ilk prezidenti dünyasını dəyişib
28 Avqust 2019 16:20 DünyaQambiyanın ilk prezidenti Dauda Cavara (1970-1994) 95 yaşında dünyasını dəyişib.
Bu barədə Qambiya prezidentinin mətbuat xidmətinin "Twitter" səhifəsində deyilir.
Məlumatda bildirilir: "Keçmiş prezident Dauda Cavaranın ölümü bütün ölkəni təşvişə salıb. Qambiya prezidenti Adama Barrou dövlət bayraqlarının endirilməsi barədə sərəncam verib".
Qeyd edilir ki, D.Cavaranın ölümü həm ölkə, həm də bütün dünya üçün böyük itkidir: "Mən sabiq prezidentin ailəsinə və bütün Qambiya xalqına dərin hüznlə başsağlığımı bildirirəm".
trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31