Həyat yoldaşının başını kəsən cani ilə bağlı yeni xəbər

Həyat yoldaşının başını kəsən cani ilə bağlı yeni xəbər

Türkiyəni ayağa qaldıran Emine Bulut cinayətinin canisi Fedai Varan Kırıkkaledəki həbsxanadan Boludakı F tipli "yüksək mühafizəli" həbsxanaya aparılıb.

Olaylar.az  xəbər verir ki,Varan bir nəfərlik bir koğuşa yerləşdirilib. Hər hansı bir hücum ehtimalına qarşı da digər məhkumlarla təmas imkanı məhdudlaşdırılıb. Varan haqqında açılan məhkəmədə hələ ki, heç bir vəkil zamin durmayıb.

Kırıkkale Vəkillər Kollegiyasının sədri Erol Çakır bunları söyləyib: "Təhlükəsizlik və prokurorluq İdarəsindən (Cinayət-Prosessual Məcəlləsi) vəkil təyin edilib. Müddət bitdikdən sonra bu vəkilin də iş prosesi yekunlaşıb. Əgər məhkəmə müddətində bir vəkil olmazsa, uyğun vəkil təyin ediləcək".

Varanın 9 oktyabrda Kırıkkale 1. Ağır Cəza Məhkəməsində ilk dinləməyə çıxacağı gözlənilir.

Qeyd edək ki, Emine Bulutun 2014-cü ildə Varana açdığı "təhqir " və "təhlükə" məhkəməsində cəza alıb işsiz qalmasından narahat olub və "Qızımın atası, işsiz qalmasın" deyərək şikayətini geri götürüb.

AzNews.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31