Psixoloji problemləri olan qadın ortalığı bir-birinə qatdı - "Şeytanam" dedi
Psixoloji problemləri olan qadın ortalığı bir-birinə qatdı - "Şeytanam" dedi
28 Avqust 2019 15:27 Dünyaİstanbulda psixoloji problemləri olduğu iddia edilən qadın ortalığı bir-birinə qatıb.
Olaylar.az xəbər verir ki, hadisə Sultanqazi səmtində İstəmpaşa məhəlləsi 128-ci küçədə baş verib. Bir binanın 1-ci mərtəbəsində tək yaşayan E.İ iddiaya görə, çölə çıxaraq bir anda qışqırmağa başlayıb.
Ətrafdakıların xəbərdarlıqlarına qulaq asmayan E.İ qışqırmağa davam edib. Nəticədə məhəllədə yaşayanlar bu vəziyyəti polisə bildiriblər.
Polis və təcili tibbi yardım maşınları hadisənin baş verdiyi yerə gəlib. Polislər özünə və ətrafdakılara zərər verməsin deyə qadına qandal taxaraq təcili yardımla aparıblar.
Bir məhəllə sakini olay haqda belə deyib:
"Qızımız xəstədi, Bakırköydə 27 dəfə müalicə alıb. Dərmanları vaxtı-vaxtında istifadə etdiyi zaman heç kimə bir zərəri dəymir. Çox sevimli bir insandı. Amma dərmanları vaxtında istifadə etməyəndə heç kimi tanımır, əsəb böhranı keçirir. "Şeytanam" deyə qışqırır".
AzNews.az