Britaniya hökuməti parlamentin işini dayandırmağa hazırlaşır
Britaniya hökuməti parlamentin işini dayandırmağa hazırlaşır
28 Avqust 2019 15:09 DünyaBöyük Britaniya hökuməti İcmalar palatası deputatlarının ölkənin Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasına maneə olmaması üçün oktyabrın 14-nə qədər parlamentin işini dayandırmağa hazırlaşır.
BBC telekanalı xəbər verir ki, hökumət Baş nazir Boris Consonun rəhbərliyi ilə kraliça II Elizabetin taxt nitqini (parlamentin yeni sessiyası bu nitqlə açılır) oktyabrın 14-nə təxirə salacaq. Bu səbəbdən İcmalar palatası deputatlarının Böyük Britaniyanın Avropa İttifaqından sazişsiz çıxmasını dayandırmağa vaxtları qalmayacaq.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31