Prezident bloggerlərlə görüşüb və tənqid etməyə icazə verib

Prezident bloggerlərlə görüşüb və tənqid etməyə icazə verib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev yerli və xarici bloggerlərlə görüş keçirib.

Olaylar.az  xəbər verir ki, bu formatda görüş Özbəkistan tarixində ilkdir.

Məlumatda bildirilir ki, ölkə prezidenti bloggerlərlə səmimi söhbət edib və onlarla şəkil çəkdirib.

Görüşdə "son illərdə Özbəkistan dünyaya açıqdır və bütün həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq istəyir. Ən vacibi isə müzakirə və tənqid etmək olar", - deyə dövlət başçısı söyləyib.

Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31