İŞİD-in 11 üzvü asılaraq edam ediləcək
İŞİD-in 11 üzvü asılaraq edam ediləcək
28 Avqust 2019 14:21 Dünyaİraqda 11 terrorçu ölüm cəzasına məhkum edilib.
Olaylar.az xəbər verir ki, İraqın Babil əyalətinin məhkəməsi İŞİD terror təşkilatının 11 üzvü barədə edam hökmü çıxarıb. Terrorçular vilayətin şimalındakı Hayavi körpüsünün partladılmasında və təhlükəsizlik xidmətinin 3 əməkdaşının ölümündə təqsirli biliniblər.
İŞİD yaraqlıları ölkənin müxtəlif bölgələrində terror aktları törətdiklərini etiraf ediblər. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin asılaraq edam olunmasına dair qərar qəbul edilib.
azvision.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31