İranlı jurnalist sığınacaq istəyib?

İranın xarici işlər naziri Cavad Zərifi Avropa səyahətində müşaiyət edən və  mühafizəkar görüşləri ilə tanınan Modc informasiya agentliyinin tanınmış siyasi icmalçısı Əmir Tohid Fazilin İsveçdən siyasi sığınacaq istədiyi bildirilir. Fazilin İran XİN heyətinin yerləşdiyi mehmanxanadan qaçaraq İsveç inzibati orqanlarına könüllü olaraq sığındığı gələn məlumatlar arasındadır.

Jurnalistin sözlərinə görə, o bir çox rütbəli şəxslərin İran qanunlarına zidd olaraq xarici ölkə vətəndaşı olduqlarını üzə çıxardığından təqib olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31