Əməkdar artist vəfat etdi
Rusiya Federasiyasının Əməkdar artisti Lüdmila Maltseva dünyasını dəyişib.
28 Avqust 2019 14:12 DünyaRusiya Federasiyasının Əməkdar artisti Lüdmila Maltseva dünyasını dəyişib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqı məlumat verib.
Mərhum ömrünün 70-ci baharında həyatdan köçüb.
"Lüdmila Vasilyevna həmişəlik bizim üçün istedad, qadın gözəlliyi, cazibədarlıq, yaxşılıq nümunəsi kimi qalacaq", - ittifaqın saytındakı məlumatda yazılıb.
Qeyd edək ki, L. Maltseva peşəkar karyerasına 1978-ci ildə başlayıb. Aktrisanın filmoqrafiyasına 20-ə yaxın film və serial daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31