Ukraynanın sabiq səhiyyə naziri saxlanılıb
Ukraynanın sabiq səhiyyə naziri saxlanılıb
28 Avqust 2019 14:05 DünyaViktor Yanukoviçin prezidentliyi dövründə Ukraynanın Səhiyyə Nazirliyinə rəhbərlik etmiş Raisa Boqatıryeva Kiyevin Julyanı hava limanında saxlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilir ki, Boqatıryeva Minskdən gəlirmiş.
Sabiq nazir xüsusi iri həcmdə büdcə vəsaitləri ilə bağlı dələduzluqda şübhəli bilinir. Onun 5 ilə yaxındır ki, Ukraynada olmadığı bildirilir.
azadinform.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31