Nyu-Yorkda tikilməkdə olan bina uçub

Nyu-Yorkda tikilməkdə olan bina uçub

Çərşənbə axşamı Nyu-Yorkun Bronks rayonunda tikilməkdə olan evin qismən uçması nəticəsində 1 nəfər ölüb, daha 5-i xəsarət alıb.

Olaylar.az  xəbər verir ki, bu barədə ABŞ-ın iri meqapolisinin Yanğın Mühafizə Xidmətinin "Twitter" səhifəsi məlumat yayıb.

Yanğınsöndürənlər yaralını dağıntılar altından çıxarsalar da, o, aldığı xəsarətlərdən keçinib. Yaralılardan ikisi ağır vəziyyətdədir.

NBC telekanalının məlumatına görə, tikinti iskələsi və konstruksiya elementləri binada işləyən fəhlələrin üzərinə uçub. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

TASS

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31