Netanyahu “Hizbullah” liderini təhdid etdi: “Sakit ol”
Netanyahu “Hizbullah” liderini təhdid etdi: “Sakit ol”
28 Avqust 2019 13:58 Dünyaİsrailin Baş naziri Binyamin Netanyahu "Hizbullah" lideri Həsən Nəsrallahı təhdid edib.
Olaylar.az xəbər verir ki, Livanda yerləşən "Hizbullah" təşkilatı Beyrut yaxınlığında atılan İsrailə aid iki PUA-dan birinin hücum məqsədli olduğunu və 5,5 kiloqram ağırlığında partlayıcı daşıdığını iddia edib.
Təşkilatın lideri H. Nəsrallah açıqlamasında vurğulayıb ki, təxribat qarşısında səssiz qalsaq Livan üçün təhlükəli olar: "Bunun cavabını verəcəyik. Heç kim özünü güvəndə hiss etməsin".
Netanyahu isə buna cavab olaraq "Nəsrallahın sözlərini eşitdim. Ona sakit olmağı tövsiyə edirəm. İsrail dövlətinin özünü necə müdafiə etdiyini və düşmənlərindən necə intiqam aldığını o çox yaxşı bilir" - ifadələrini işlədib.
azadinform.az