"Tiflis bu zaman Moskva ilə dialoqa başlayacaq" - Prezident
"Tiflis bu zaman Moskva ilə dialoqa başlayacaq" - Prezident
28 Avqust 2019 13:35 DünyaRusiyanın mövqeyinin dəyişməsi Tiflislə Moskva arasında dialoqun yenilənməsi üçün əsas ola bilər. Yalnız bu halda Gürcüstan Rusiya ilə kontaktlara hazır olacaq.
Olaylar.az xəbər verir ki, bunu "Yevronyus"a müsahibəsində Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.
"Rusiya ilə hansısa kontakta sahib olmaq üçün biz Moskvanın mövqeyində kiçik qonşusuna qarşı hansı dəyişikliyin baş verdiyini anlamalı olacağıq. Rusiya bilməlidir ki, münasibətlər məcburiyyət üzərində qurula bilməz. Biz aydın siqnallar görsək, dialoqa hazır olacağıq", - o bildirib.
axar.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31