Minskdə kütləvi təxliyə
31 Mart 2019 20:48 DünyaMinskdə insanlar dəmir yolu vağzalı və iki ticarət mərkəzindən təcili olaraq təxliyə edilib.
Bu barədə Belarus İstintaq Komitəsinin "Telegram" kanalında yerləşdirilən məlumatında deyilir.
Bildirilir ki, kütləvi təxliyə qərarı təhlükə barədə məlumatın daxil olması səbəbindən verilib.
Qeyd olunur ki, vətəndaşların təxliyəsi qərarı təhlükəsizlik məqsədi ilə qəbul edilib.
Hazırda vağzal və ticarət mərkəzlərində istintaq-əməliyyat qrupları işləyir.(oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31