Ukraynada minlərlə məxfi sənəd Donetskə ötürüldü - Qalmaqal
28 Mart 2019 12:35 DünyaUkrayna ordusunun hərbi qulluqçusu Yuri Auşev qondarma Donetsk Xalq Respublikasının xüsusi xidmət orqanına Ukrayna Silahlı Qüvvələrinə aid gizli məlumatlar ötürüb.
Bu barədə qondarma respublikanın Dövlət Təhlükəsizlik Nazirliyinin nümayəndəsi Mixail Popov bildirib.
Onun sözlərinə görə, gənc oğlan müqavilə əsasında xidməti başa çatdıqdan sonra Donetskə qayıdıb. O, bir yığın gizli sənədi yerli xüsusi xidmət orqanına vermək qərarına gəlib.
"Biz artıq yüzlərlə bu cür sənədi öyrənmişik. Onlar orijinal sənədlərdir, qalanları isə öyrənilir", - deyə M.Popov bildirib.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31