Poroşenko Putinlə danışıq şərtlərini açıqladı
28 Mart 2019 11:06 Dünya"Biz suveren müstəqil dövlətlərik".
Ukrayna prezidenti Petro Poroşenko rusiyalı həmkarı Vladimir Putinlə ikitərəfli danışıqlara yalnız bir şərtlə razı olduğunu bəyan edib.
"RİA Novosti" xəbər verir ki, o,"kompleks məsələlər"in beynəlxalq tərəfdaşların iştirakı ilə həll olunmasının vacibliyini bildirib.
"İkitərəfli danışıqlar ola bilərmi? Əlbəttə, biz suveren müstəqil dövlətlərik", - deyə Poroşenko sözlərinə əlavə edib.
Onun sözlərinə görə, "Ukrayna koalisiyasının qlobal tərəfdaşları" olmadan rəsmi Kiyevin Rusiya ilə münaqişədə mövqeyi zəif ola bilər.(qafqazinfo.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31