Rihanna ərəb milyarderdən hamilədir?
28 Mart 2019 11:49 DünyaDünya şöhrətli müğənni Rihannanın ərəb şeyxindən uşaq dünyaya gətirmək arzuladığı iddia edilib.
2017-ci ildə ilk dəfə ərəb milyarder Həsən Cəmil ilə görüntülənən 31 yaşlı müğənninin bu yaxınlarda onunla nişanlandığı deyilir. Məlumatı ilk dəfə "E!" kanalının aparıcısı Morqan Stuart sosial şəbəkədə yayıb.
O, Rihannanın tezliklə ana olmaq istədiyini qeyd edib. Morqan daha sonra əlavə edib ki, Rihanna hazırda hamilə olmasa da, iki il ərzində ana olacaq.
Sənətçi isə aparıcının paylaşımını bəyənərək nişan iddiaları təsdiq edib.
publika


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31