“iPhone”ların satışı qadağan oluna bilər
28 Mart 2019 11:44 DünyaABŞ-da "iPhone" smartfonlarının satışları qismən və ya tam qadağan oluna bilər.
Olaylar.az bildirir ki, buna səbəb olaraq "Qualcomm" və "Apple" şirkətləri arasında patent mübahisələri göstərilir.
Beləki, ABŞ-ın Beynəlxalq Ticarət üzrə Komissiyanın inzibati işlər üzrə hakimi Meri Coan "Apple" tərəfindən "Qualcomm"a məxsus smartfonların hazırlanma texnologiyası patentinin pozulması işində "Qualcomm" şirkətinin leyhinə qərar verib.
Lakin, hakimin çıxardığı hökm ilkin hesab olunduğu üçün məcburi icrasını tələb etmir.
Verilən ilkin hökmdən sonra "Apple" şirkətinin aksiyaları 0,73% bahalaşıb, "Qualcomm"un isə qiymətli kağızları 0,69% ucuzlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31