ABŞ-ın bu müqavilədən çıxması provokasiyadır - Rusiya

ABŞ-ın Rusiyanı Yaxın və orta mənzilli raketlərin ləğvi barədə razılaşmaya əməl etməməkdə ittiham etməsi provokativ xarakter daşıyır.

Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov deyib. Onun sözlərinə görə, Rusiyaya ABŞ-ın Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasıyla bağlı tutduğu hazırkı xətt aydın deyil.

O, yaranan mövcud problemin ABŞ tərəfindən həll ediləcəyi ilə bağlı məsələnin Rusiya üçün hələ də sual olaraq qaldığını bildirib.

Qeyd edək ki, ABŞ dünən Yaxın və orta mənzilli raketlərin ləğvi razılaşmasından fevralın 2-də çıxacağını bəyan edib.

Axar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31