Çin: ABŞ-ı əvəz etmək istəmirik
17 Yanvar 2019 12:36 DünyaÇinin ABŞ-ı əvəz etməsi barədə təxminlər yanlışdır.
Bunu "Jenmin Jibao" qəzetinə müsahibəsində Çin Xarici İşlər naziri Van İ deyib.
"Amerika tərəfinin bəzi nümayəndələrinin Çinlə münasibətlərdə qorxusu və şübhəsi var. Onlar güman edirlər ki, gələcəkdə Çin mütləq ABŞ-a meydan oxuyub, onu əvəz edəcək. Bu, çox ciddi strateji yanılmadır. Biz ABŞ olmaq və ya onu əvəz etmək istəmirik", - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31