Avropa İttifaqı "Brexit"i 2020-ci ilədək təxirə sala bilər

Avropa İttifaqı (Aİ) Böyük Britaniyanın birlikdən çıxışını 2020-ci ilə qədər təxirə salma ehtimalını nəzərdən keçirir.

Bu, Almaniya və Fransanın Londonda yaranmış siyasi böhranla əlaqədar danışıqların müddətini uzatmağa hazır olmaları barədə bəyanatlarından sonra mümkün olub.

Ötən gün Britaniya deputatları "Brexit" şərtlərinə dair sazişin əleyhinə səs veriblər. İcmalar Palatasının 202 üzvü sənədin lehinə, 432-si isə əleyhinə səs verib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31