"Huawei" kommersiya sirlərini oğurlamaqda şübhəli bilinir

ABŞ-ın federal orqanları Çinin"Huawei" şirkətinə qarşı araşdırma aparır, onu amerikalı tərəfdaşlarından kommersiya məlumatları oğurlamaqda şübhəli bilirlər.

Bu barədə çərşənbə günü "The Wall Street Journal" qəzeti yazıb.

Mənbələrin məlumatına görə, şirkətə qarşı cinayət törətmək ittihamı irəli sürülə bilər.

ABŞ hökuməti güman edir ki, "Huawei"in kommersiya xarakterli məlumatların oğurlanmasında əli ola bilər. Məlumatlar guya Amerikanın "T-Mobile" şirkətinin smartfonların yoxlanılması üçün istifadə etdiyi avadanlıqlarla bağlıdır/

Daha əvvəl Çin Kanadadan "Huawei"in maliyyə direktorunu dərhal buraxmağı tələb edib.

"Report"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31