Kim Çen In ABŞ prezidentinə məktub yazıb
17 Yanvar 2019 12:14 DünyaŞimali Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin sədr müavini Kim Yon Çxol KXDR lideri Kim Çen Inın məktubunu Amerika prezidenti Donald Tarmpa çatdıracaq.
Bu barədə mənbəyə istinadən CNN-nin müxbiri Uill Ripli məlumat yayıb.
"ABŞ və Şimali Koreya arasında gedən nüvəsizləşdirmə üzrə danışıqlarla tanış olan mənbə mənə bildirib ki, Pxenyanın əsas elçisi və kəşfiyyatın keçmiş rəhbəri Kim Yon Çxol cümə axşamı Vaşinqtona gələndə prezident Donald Trampa Şimali Koreya lideri Kim Çen Inın məktubunu gətirəcək", - deyə jurnalist "Twitter"də yazıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31