Mey bütün partiyaları "Brexit"lə bağlı birləşməyə çağırıb
17 Yanvar 2019 12:18 DünyaBritaniyanın baş naziri Tereza Meyetimadsızlıq üzrə səsvermədən sonra bildirib ki, Krallığın siyasi qüvvələri birləşməli və "Brexit" ilə əlaqədar hərəkət variantlarını müzakirə etməlidirlər.
Bu barədə "Reuters" məlumat yayıb.
Daha əvvəl Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib. Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış "Brexit" sazişinidəstəkləməyib. Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31