Ankarada mebel fabrikində yanğın: 5 suriyalı ölüb
17 Yanvar 2019 11:21 DünyaTürkiyənin paytaxtı Ankarada mebel fabrikində baş verən yanğın nəticəsində 5 suriyalı həlak olub.
4 mərtəbəli binada baş verən yanğının səbəbləri məlum deyil, yanğın barədə müvafiq qurumlara şahidlər xəbər edib.
Xilasedicilər binada olan bəzi insanları xilas edə bilib, xəsarət alanlar xəstəxanaya yerləşdirilib.
DİN başçısının köməkçisi Mehmet Ersoyun sözlərinə görə, yanğın 18:00 radələrində baş verib: "Yanğın nəticəsində 5 suriyalı qardaşımız həlak olub. Onlardan üçünün şəxsiyyətinin müəyyən etmək mümkün olub, digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə işlər aparılır".
trend
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31