Suriya paytaxtına güclü qar yağdı

Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb. Nəticədə küçələrin əksəriyyəti su altında qalıb. Sinoptiklər Suriya paytaxtına 36 saat davam edəcək qütb siklonunun gələcəyi barədə əvvəlcədən xəbərdarlıq ediblər.

Siklonla əlaqədar olaraq Suriyanın bütün dəniz limanları bağlanıb.

Dəməşqdə hava günortadan sonra birdən-birə pisləşib, göy üzünü buludlar alıb, ardınca güclü yağış yağmağa başlayıb. Daha sonra yağış güclü qar ilə əvəzlənib.

Yerli sakinlərin bildirdiklərinə görə, artıq neçə ildir yanvar ayında belə hava müşahidə olunmayıb.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31