Tereza Mey etimadsızlıq səsverməsinin qalibi olub

Böyük Britaniyanın Baş naziri Tereza Mey etimadsızlıq səsverməsinin qalibi olub. Çərşənbə günü İcmalar Palatasında (Aşağı palata) keçirilən səsvermə zamanı 325 deputat Nazirlər Kabinetini dəstəklədiyini bildirib, eyni zamanda 306 deputat bunun əksini ifadə edib.

Qalib gəldikdən sonra xanım Mey bildirib ki, çərşənbə günü axşamdan deputatlarla danışıqlara başlayacaq.

İcmalar Palatası Baş nazirin "Brexit" razılaşmasını rədd etdikdən sonra Leyboristlərin lideri Jeremy Corbyn etimadsızlıq səsverməsi çağırmışdı.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31