Avropa Komissiyası "Brexit" sazişi layihəsini dəyişdirməyəcək
16 Yanvar 2019 18:26 DünyaBöyük Britaniyanın Avropa İttifaqından çıxmasının şərtlərinə dair saziş layihəsi dəyişdirilə bilməz.
Bu barədə Avropa Komissiyasının sözçüsü Marqaritis Sçinas bildirib.
O, hal hazırda başqa heç bir şey edə bilməyəcəklərini qeyd edib: "Böyük Britaniyanın sonrakı addımları haqqında xəbər gözləyirik".
Qeyd edək ki, ötən gün Böyük Britaniya Parlamenti "Brexit" haqqında sazişin Baş nazir Tereza Mey tərəfindən təqdim edilən layihəsini rədd edib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31