Ən gözəl qadınların yaşadığı ölkələr məlum oldu
16 Yanvar 2019 18:30 Dünya"Missosology" portalı dünyada ən gözəl qadınların yaşadığı ölkələrin reytinqini hazırlayıb.
Reytinq beş dünya miqyaslı gözəllik müsabiqəsinin nəticələri əsasında tərtib olunub.
Məlum olub ki, Venesuela 2018-ci ildə keçirilən beynəlxalq gözləllik yarışmalarının ən parlaq iştirakçıları ilə fərqlənib.
Venesuelanın reytinqdə ilk yerdə qərarlaşmasına Mariem Velaskonun "Miss İnternational" müsabiqəsində qazandığı qələbə, habelə venesuelalı qızların ayrı-ayrı yarışmalarda iştirakı təsir edib.
Ən gözəl qadınların yaşadığı ölkələrin reytinqinin yuxarı pillələrində həmçinin Filippin, Meksika, Vyetnam və Cənubi Afrika qərarlaşıb.
Ölkə.Az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31